Prezident İlham Əliyevin 2023-cü il 7 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi ölkəmizin yeni epoxaya qədəm qoymasının bəyannaməsidir. Hər kəsə yaxşı məlum olduğu kimi, müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün hərbi qüdrətinin və iqtisadi inkişafının möhkəm əsaslarını yaratmaqla və ən başlıcası Vətən müharibəsində qazanılmış tarixi Zəfərlə müstəqillik dövrünün böyük bir mərhələsinin möhtəşəm vəzifələrini həyata keçirib. Artıq müstəqil Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz və etibarlı söz sahibi olan, qüdrətli dövlət kimi qəbul olunur.
Bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söyləyib. İ.Həbibbəyli bildirib ki, qarşıda duran yeni vəzifələr Azərbaycanda müasir dövrün yeni çağırışlarına uyğun olaraq daha genişmiqyaslı islahatların həyata keçirilməsini tələb edir. Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi haqqında qəbul edilən qərar inkişafın yeni mərhələsinə start verilməsi üçün atılmış siyasi addım kimi mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə keçiriləcək növbədənkənar seçkilər, heç şübhəsiz, daha möhtəşəm inkişafa təkan verəcək. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin “Dəmir yumruğu” ilə Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və uğurla həyata keçirilmiş birgünlük lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün tam təmin edilməsi, dövlət suverenliyinin bütövlükdə bərqərar olması ölkəmizin bütün ərazisində seçkilərin keçirilməsi zərurətini meydana çıxarıb. Ona görə də 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi bütövlüyü şəraitində tam və qəti təsdiqi demək olacaqdır.
“Xalqımızın bütün təbəqələri kimi, Azərbaycan alimləri də növbədənkənar prezident seçkilərinin keçirilməsini ölkəmizdə yeni tarixi inkişaf mərhələsinin böyük başlanğıcı və dövlət müstəqilliyimizin tam təsdiqi mənasında əhəmiyyətli siyasi hadisə kimi yüksək qiymətləndirirlər. Ölkəmizdə hakim olan xalq-dövlət həmrəyliyi və möhkəm ictimai-siyasi sabitlik növbədənkənar prezident seçkilərinin xalqımızın mütəşəkkil iştirakı və birliyi şəraitində keçiriləcəyinə tam təminat verir”, - deyə AMEA rəhbəri vurğulayıb.
Tehsil-press.az