Bu rayonlara qadın prokurorlar təyin edildi

Bu rayonlara qadın prokurorlar təyin edildi Samux rayonuna yeni prokuror təyin edilib.
Bu haqda Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Sözügedən vəzifə Könül Ələsgərovaya həvalə edilib.
Baş prokurorun bundan əvvəlki əmri ilə rayonun prokuroru Mayıl Hacıyev vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Qeyd edək ki, K.Ələsgərova bundan əvvəl Bakı Şəhər Prokurorunun köməkçisi idi.
Bundan başqa, Xızı rayonuna da yeni qadın prokuror təyin edilib.
Baş prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Xəyalə Aslanova Xızı rayon prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində işləyib.

Tehsil-press.az




Oxşar xəbərlər