Xarici dil fənnindən danışıq bloku üzrə imtahan verəcək şəxslərin nəzərinə

Xarici dil fənnindən danışıq bloku üzrə imtahan verəcək şəxslərin nəzərinə Martın 4-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək.
İmtahana buraxılış vərəqəsini bu linkdən çap etmək olar. İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.
İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.

Tehsil-press.az



Oxşar xəbərlər