Moskva ilə Ankaranın münasibətləri gərginləşəndən bu yana 20 ildən çoxdur Rusiyada yaşayan, burada işini və ailəsini quran Akçay Emrenin günü qara olub. İş yeri yoxlanmağa, özü isə polis tərəfindən mütəmadi saxlanılmağa başlayıb. Sonda isə Rusiyada yaşamaq icazəsi ləğv edilib. Ona deyiblər ki, bəs gərək ölkədən çıxasan. Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra ilk dəfə yol polisi onun maşınını saxlayanda hətta soruşub: "Təyyarəmizi niyə vurdunuz?"
"Mən dövlət deyiləm, siyasətçi deyiləm, niyə buna görə mən cavab verməliyəm axı", -- deyə gileylənən Akçay indi təkcə həyat yoldaşı və 16 yaşlı oğlundan yox, həm də min bir əziyyətlə yaratdığı fermasından ayrılmalıdır.
BÖYÜK PLANLAR
Rusiyaya gəlib burda iş qurmağı Akçaya 1992-ci ildən Moskvada dəri gödəkçə alveri edən dayısı məsləhət görüb. O da məsləhətə qulaq asıb. 1994-cü ildə Antaliyadan Moskvaya gələrək burada çörək sexi açıb. Özünün dediyinə görə, işi yaxşı gedirmiş. Sexi günə 25 min çörək bişirirmiş. İki il sonra dostlarının dəvəti ilə Kominin paytaxtı Sıktıvkara gəlib işini burda davam etdirir. Ancaq 1998-ci il böhranından sonra işi zəifləyir və sexini bağlamalı olur. Bir müddət sonra maldarlığa başlayır. Torpaq icarəyə götürür, köhnə avadanlıq alıb təmir etdirərək ferma qurur. Akçay burada mal-qarasınıı sayını 60 başa qədər artırır. İlin sonunadək bu rəqəmi 100-ə çatdırmağı planlaşdırırmış. Lakin Su-24 təyyarəsinin vurulması ilə onun da planları alt-üst olur.
Rusiyada yaşamaq icazəsini Akçay 2005-ci ildə alıb. Qanuna uyğun olaraq, beş ildən bir yeniləyib. Sonuncu dəfə isə yaşayış icazəsini 2015-ci ildə yeniləyib. Yəni, əslində 2020-ci ilədək ölkədə qalmaq icazəsi var. Lakin ötən il dekabrın 4-də Miqrasiya Xidmətinin Komi İdarəsinə Federal Təhlükəsizlik Xidmətindən məktub gəlir ki, bəs sən demə Akçay Emrenin fəaliyyəti Rusiyanın təhlükəsizliyinə təhdid törədir. Ona görə də onun Rusiyada yaşamaq icazəsi ləğv olunmalıdır.
NƏYİN BAHASINA OLUR OLSUN ...
"Son dörd ayda yol polisi məni mütəmadi saxlayır", -- deyə Akçay köhnə Fiat avtomobilini göstərərək deyir:
"Əvvəlcə, vurulmuş təyyarə barədə soruşurlar, sonra nömrənin çirkli olduğunu söyləyirlər. Razılaşmayıb, təmiz olduğunu deyəndə isə deyirlər -- "Qışqırma!". Bir dəfə məni guya maşını bir nəfərin üstünə sürməkdə ittiham etdilər. Deyirəm, maşında videoregistrator var, gəlin baxın, o saat deyirlər -- "Qışqırma!" Çox pis oluram" - Akçayın səsi get-gedə alçalır.
İSTANBULA BİLET
Su-24-ün vurulmasından bir neçə gün sonra Federal Təhlükəsizlik Xidməti, Federal Miqrasiya Xidməti və Rosselxoznadzor nümayəndələrindən ibarət böyük bir təftiş qrupu onun fermasını yoxlamağa gəlir. Yoxlama fermanın hasarının bir yerində dəlik və saxlanılan itin sənədinin olmadığını aşkarlayır. Akçayın sözlərinə görə, Komidə elə fermalar var heç hasarı yoxdur. İt isə onun deyil, sadəcə yazığı gəldiyi üçün bəsləyir. Yoxlama nöqsanların aradan qaldırılması üçün ona vaxt da verməyib. Çünki belə hesab edib ki, bu pozuntular vətəndaşların təhlükəsizliyi üçün təxirəsalınmaz təhdiddir. Ardınca Miqrasiya Xidməti onun yaşamaq icazəsini tələsik ləğv edib. Akçay məhkəməyə şikayət etsə də, məhkəmə də belə qənaətə gəlib ki, onun fəaliyyəti Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid doğurur, ona görə də Miqrasiya Xidməti haqlıdır.
Akçay armudu stəkandakı çayından bir qurtum alıb deyir ki, qərardan apellyasiya şikayəti verib. Amma ölkədən zorla çıxarılacağı barədə xəbərdarlığı nəzərə alaraq, hər ehtimala qarşı İstanbula biletini də alıb.
tehsil-press.az