Toplum TV işi üzrə saxlanılanlar həbs edildi

Toplum TV işi üzrə saxlanılanlar həbs edildi Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV işi üzrə saxlanılanlar barədə həbs qətimkan tədbiri seçib.

Bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərarla Akif Qurbanov, Əli Zeynalov, Mövsüm Cabarov, Ramil Babayev və İlkin Əmrahov 4 ay müddətə həbs olunublar.

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Tehsil-press.az

Oxşar xəbərlər