Fədayə Laçın ev dustağı olmaq istəyir

Fədayə Laçın ev dustağı olmaq istəyir İki nəfər məhbusun qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçın vəkili ilə görüşüb.
Vəkil bildirib ki, müvəkkili özünü normal hiss edir və səhhətində problem yoxdur: “Saxlanma şəraiti və səhhəti normaldır. İttihamları qəbul etmir. Ümid edir ki, istintaq obyektiv araşdırılacaq və onun günahsızlığı ortaya çıxacaq”.
T.Süleymanlı bildirib ki, o, gələn həftə F.Laçının istintaq dövründə ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tehsil-press.az

Oxşar xəbərlər