Ukraynanın Çernovitsk vilayətində Rumıniya ilə sərhədi qanunsuz keçməyə çalışan 34 nəfərin olduğu mikroavtobus 8 martda saxlanılıb.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Porubnoye” keçid məntəqəsi yaxınlığında sərhədçilər və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları yük yerində 34 nəfər olan və sərhədə doğru hərəkət etdiyi mikroavtobusu saxlayıb. Saxlanılan zaman sərhəd pozucuları sərhədçilərin qanuni tələblərinə tabe olmayıb, buna görə də hüquq-mühafizə orqanlarının əməkdaşları fiziki güc tətbiq etməli olublar.
Məlum olub ki, mikroavtobusun sərnişinləri 25-40 yaş arası Ukrayna vətəndaşlarıdır. Keçid məntəqələrindən yan keçməklə Rumıniyaya çatdırılma üçün hər bir sərnişin 10 min avro ödəyib.
Mikroavtobusu əvvəllər insanların qanunsuz hərəkətini təşkil etməkdə şübhəli bilinən şəxs idarə edib. O, messencerlərdən birini istifadə edərək müştərilər toplayıb.
Təşkilatçını üç ildən doqquz ilədək həbs cəzası gözləyir. Saxlanılan digər şəxslər barəsində isə inzibati iş başlanıb.
Qeyd edək ki, 2022-ci il fevralın 24-dən Ukraynada hərbi vəziyyətin tətbiq olunub və 18 yaşdan 60 yaşa qədər kişilərə Ukraynanı tərk etmək qadağan edilib.
Tehsil-press.az