Ukraynada hərbi vəziyyət tətbiq olundu - 1 ay

Ukraynada hərbi vəziyyət tətbiq olundu - 1 ay Ukrayna Prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının 2019-cu il yanvarın 25-dək ölkədə hərbi vəziyyətin tətbiqi barədə qərarını təsdiq edib.
Dövlət başçısının müvafiq fərmanında qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının "Ukraynanın dövlət suverenliyinin və müstəqilliyinin təmin edilməsi və Ukraynada hərbi vəziyyətin tətbiqi üzrə təcili təbdirlər haqqında" qərarı 2018-ci il noyabrın 26-dan qüvvəyə minsin.
Ukrayna Prezidenti hərbi vəziyyətin tətbiqi ilə bağlı sənədi təsdiq olunması üçün Ali Radaya göndərib.
Qeyd edək ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb.

Tehsil-press.az

Oxşar xəbərlər