Ukraynadan Putini qəzəbləndirəcək - Qərar

Ukraynadan Putini qəzəbləndirəcək - Qərar Ukrayna həbsxanasında saxlanılan Rusiya Kəşfiyyat Xidmətinin əməkdaşları – Yevqeni Yerofeyev və Aleksandr Aleksandrova 14 il hökm oxunub.

Tehsil-press.az-n xarici KİV-ə istinadən məlumatına görə, Kiyevin Qoloseevski Rayon məhkəməsində Yerofeyev və Aleksandrovun əleyhinə keçirilən davada Rusiyanın Kiyevdəki səfiri Aleksey Qrubiy, Ukrayna millət vəkili Nadejda Savçenkonun vəkili İlya Novinkov, Ukraynalı deputatlar İrina Lutsenko və İvan Krulko da iştirak edib.
Qeyd edək ki, hər iki həbs olunan şəxsin adı Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum olunan ukraynalı pilot Nadejda Savçenko ilə dəyişdirilməkdə hallanırdı. Xatırladaq ki, Y. Yerofeyev və A. Aleksandrov 2015-ci il mayın 16-da Ukraynanın şərqində Luqansk vilayətində Ukrayna hərbi birliklərinə hücumun təşkilində şübhəli qismində saxlanılmışdı.

tehsil-press.az

Oxşar xəbərlər