Müavinət və Prezident təqaüdləri alanlara 290 milyon manat ödənilib

Müavinət və Prezident təqaüdləri alanlara 290 milyon manat ödənilib Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 460 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 179 milyon manat, Prezident təqaüdləri üzrə 111 milyon manat ödənilib.

Cari ilin iki ayında 27 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 597 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər