68 mindən çox şəxsə elektron qaydada sosial müavinət və təqaüd təyin olunub

68 mindən çox şəxsə elektron qaydada sosial müavinət və təqaüd təyin olunub 2021-ci ilin yanvar-iyul ayları ərzində 68 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumata görə, onların 51,8 %-ni kişilər, 48,2 %-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin iyun ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 697 min nəfərə yaxın olub. Onlardan 400 min nəfərə yaxını müavinət, 297 min nəfərə yaxını isə təqaüd alıb.

Tehsil-press.az



Oxşar xəbərlər