Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti birgə taktiki-xüsusi təlim keçirib.
Cəmiyyətin Bakı Vaqon Təmiri Zavodunun Biləcəri yuyucu-buxarlayıcı sahəsində keçirilmiş təlim yuyucu-buxarlayıcı sahədə baş verə bilən fövqəladə hallar zamanı struktur bölmələrin qarşısında qoyulan tapşırıqların operativ yerinə yetirilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə təşkil olunub.
Təlim iki mərhələdən – Şəxsi heyətin yüksək hazırlıq dərəcəsinə gətirilməsi, hadisə rayonuna yürüşü və toplanma rayonunda yerləşdirilməsi və Baş vermiş fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasından ibarət olub.
Təlim zamanı baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə hadisə yerinə FHN-in Bakı Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı texnikaları və şəxsi heyəti ilə yanaşı, xüsusi təlim görmüş itlər, ADY-nin mülki müdafiə qüvvələri və müvafiq nəqliyyat vasitələri cəlb olunub.
Daha sonra hadisə yerindəki mövcud vəziyyətin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərin xilas edilməsi, xüsusi təlim görmüş itlərin tətbiqi, ilkin təxirəsalınmaz yardımın göstərilməsi üzrə tədbirlər həyata keçirilib.
Təlim zamanı Zavodun personalına texniki təhlükəsizlik qaydalarına riayət olunması, fövqəladə hallar zamanı həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.
Uğurla keçən təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Tehsil-press.az