Halbuki Pezeşkian bundan əvvəlki çıxışlarında etirazçıların haqlı olduğunu, ölkədə ciddi sosial və iqtisadi problemlərin mövcudluğunu etiraf edir, cəmiyyətdə narazılığın səbəblərini anlayışla qarşıladığını deyirdi. Bu ziddiyyətli bəyanatlar isə həm İran cəmiyyətində, həm də beynəlxalq aləmdə ciddi suallar doğurur.
Bəs İranda vəziyyət bundan sonra necə dəyişə bilər? Mövcud proseslər fonunda kütləvi qaçqın dalğasının yaranması ehtimalı varmı?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Tehsil-press.az








