Bəşəriyyət tarixini dəyişdirəcək kəşf - Sualtı şəhər tapıldı - FOTOLAR

Bəşəriyyət tarixini dəyişdirəcək kəşf - Sualtı şəhər tapıldı - FOTOLAR Qərbi Hindistan sahillərində qədim sivilizasiyanın qalıqları aşkar edilib.

Bu əsaslı kəşfin bəşər tarixini yenidən dəyişdirə biləcəyi iddia edilir. Uzunluğu 8, eni isə 3 kilometr olan sualtı şəhər Xambat körfəzində yerləşir.
2000-ci ilin dekabrında Milli Okean Texnologiyaları İnstitutu tərəfindən edilən kəşfin ən maraqlı hissəsi bəşər tarixini yenidən yazmağa əsas verməsidir.

Əhəmiyyətli tapıntıdan iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, mütəxəssislər Xambat Körfəzi Mədəniyyət Kompleksi kimi tanınan arxeoloji ərazinin yaşı və əhəmiyyəti ilə bağlı hələ də razılaşmırlar.

Sualtı şəhər bölgədə çirklənmə tədqiqatları aparılan zaman təsadüfən aşkar edilib.

Ərazidən çıxarılan qalıqlar arasında dulusçuluq məmulatları, muncuqlar, heykəllər, divar kəsikləri, insan sümükləri və dişləri var. Karbon testi nəticəsində onların təxminən 9500 il yaşı olduğu müəyyən edilib. Hindistanın o vaxtkı elm və texnologiya naziri Murli Manohar Coşi 2001-ci il mayın 19-da açıqlaması zamanı qalıqların qədim sivilizasiyaya aid olduğunu bildirib. O, bu şəhərin Mesopotamiya və Qədim Misirlə birlikdə Hindistan yarımadasının ən qədim məlum şəhər mədəniyyəti, dünyanın isə ən qədim üç sivilizasiyasından biri olan Tunc dövrünə aid Hind Vadisi sivilizasiyasından da qədim ola biləcəyini deyib.

Tehsil-press.az

Oxşar xəbərlər