Türkiyənin cənub-şərqindəki Mardin əyalətində girişi dörd il əvvəl yerli sakinlərdən biri tərəfindən təsadüfən aşkar edilmiş 5 min illik yeraltı şəhərin açılışının birinci mərhələsi baş tutacaq.
Matiate adlanan şəhərdə arxeoloji işlər Midyat rayonunun iki fərqli məntəqəsində davam etdirilir.
Birinci mərhələdə yeraltı şəhərə aparan tunelin girişinin təmizlənməsi həyata keçirilib, burada dini binalar, quyular, sığınacaqlar, şərabxana, emalatxanalar, su anbarları aşkarlanıb. Bundan əlavə, burada əl dəyirmanları, daş və şüşə muncuqlar, daş artefaktlar, bürünc sikkələr və müxtəlif dövrlərə aid zərgərlik əşyaları da tapılıb. Ərazidə həm də insanların və müxtəlif heyvanların qalıqları aşkar edilib.
Sonrakı mərhələlər çərçivəsində bərpa işlərinə başlanılıb. Eyni zamanda, yeraltı şəhərin ilk hissəsinin 2024-cü ildə ziyarət üçün açılması planlaşdırılır.
Arxeoloji ekspedisiyanın rəhbəri Qani Tarkan yerli mediaya bildirib ki, yeraltı şəhər 40 hektar ərazini əhatə edir, onlardan yalnız 6-7 faizi tədqiq edilib.
“İlk tikililər burada eramızdan əvvəl III minilliyə aiddir. İnsanlar Tunc dövründə Matiatedə aktiv şəkildə məskunlaşıblar və yearltı şəhərin çiçəklənmə dövrü Qədim Mesopotamiya və Roma dövrünə təsadüf edir. Şəhər terraslar şəklində yerin altına daxil olur. Qazıntı işləri hələ uzun müddət davam edə bilər”, – deyə Q.Tarkan bildirib.
Tehsil-press.az