Səudiyyə qadınların işləyə biləcəyi yerləri açıqladı

Səudiyyə qadınların işləyə biləcəyi yerləri açıqladı Səudiyyə Ərəbistanının hakimiyyəti qadınlar üçün iş şərtlərini müəyyən edib. 

Tehsil-press.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Əmək Nazirliyi qadınlara axşam vaxtı yalnız ailəvi restoranlarda və qadın malları satılan mağazalarda işləməyə icazə verib. Əmək Nazirliyinin nümayəndəsi Abdel Manam aş-Şahrinin sözlərinə görə, nazirlik ona əsaslanır ki, qadınların çalışdığı işlər onların təbiəti ilə həmahəng olsun, eyni zamanda hüquqları qorunsun.
Nazirliyin nümayəndəsi qeyd edib ki, çalışdığı qurum qadınların təhlükəsizliyi və sağlamlığının qorunması ehtiyacına əsaslanaraq onların 21 ixsisas üzrə işləməsinə icazə vermir. Belə ki, qadınlar yerin altında, tikintilərdə, ət emalı kombinatlarında, avtoservislərdə, çörək sexlərində, dəmir və alüminium istehsalı üzrə zavodlarda, eləcə də digər ağır sənaye müəssisələrində çalışa bilməz. Qadınlar Səudiyyə Ərəbistanında işçilərin 17 faizini təşkil edir.

tehsil-press.az

Oxşar xəbərlər