Kraliça işçi axtarır - 100 min manat maaş verəcək

Kraliça işçi axtarır - 100 min manat maaş verəcək İngiltərə Krallığı kraliça II Elizabetin qatıldığı tədbirləri “Facebook” və “Twitter”də paylaşacaq sosial şəbəkə redaktoru axtarır.

Tehsil-press.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Bukinqem sarayından verilən açıqlamada sosial şəbəkə redaktorunun ildə 50 min sterlinq (təxminən 100 min manat) əmək haqqı alacağı bildirilir.
“Bundan əlavə, ona ildə 33 günlük tətil, ödənişsiz günorta yeməyi və hədiyyələr veriləcək. Bunun müqabilində o, kraliçanın rəsmi səfərlərini, qatıldığı tədbirləri və kraliçanın elanlarını milyonlarla insana çatdırmalı, xeyli izləyici toplamalıdır”, deyə elanda qeyd olunub.

tehsil-press.az

Oxşar xəbərlər