Yeni əməliyyatlara hazırlıq gedir – Vaşinqtondan XƏBƏRDARLIQ

Yeni əməliyyatlara hazırlıq gedir – Vaşinqtondan XƏBƏRDARLIQ Son zamanlar Suriyanın şimalında yerləşən Hələb şəhərinin ətrafına və Latakiya vilayətinə Rusiyanın artilleriya hissələri yerləşdirilib.

Tehsil-press.az xəbər verir ki, bu haqda ABŞ-ın rəsmi dairələrindəki mənbələrə istinadən “The Wall Street Journal” yazıb.
Vaşinqtonun narahatlığını Ər-Riyada səfərində Barak Obamanı müşayiət edən ABŞ prezidentinin təhlükəsizlik üzrə məsləhətçisinin müavini Ben Rods da dilə gətirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Suriyaya əlavə Rusiya hərbi texnikasının çatdırılması haqqında xəbərlərə görə narahatdır.
Vaşinqtonda hesab edirlər ki, əsas səylər münaqişənin diplomatik yolla həlli prosesinə yönəlməlidir. Amerika hakimiyyəti Suriya ərazisində Rusiya hərbçilərinin iştirakı ilə genişmiqyaslı döyüş əməliyyatlarının bərpa olunmasından ehtiyat edir.
Nəşrin məlumatına görə, Amerika kəşfiyyatı iki həftə əvvəl Rusiya artilleriya hissələrinin hərəkətlərinə fikir verməyə başlayıb. “The Wall Street Journal”ın mənbələri qeyd edir ki, Suriyada Rusiya qoşunlarının yerini dəyişdirməsi ilə İran güclərinin cəbhəyə yaxın zonaya qayıtması üst-üstə düşür.
Qeyd edək ki, Suriyada fevralın 27-də atəşkəs razılaşması əldə olunub. Lakin ölkənin müxtəlif bölgələrində ayrı-ayrı qruplarla hökumət qüvvələri arasında toqquşmalar davam edir.

tehsil-press.az

Oxşar xəbərlər