Bu gün Rusiyada Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünü ilə əlaqədar parad keçirilib. Moskvanın Qızıl Meydanında keçirilən paradı Vladimir Putinin yenidən prezident seçilməsindən sonra istefa verən hökumətin tərkibində yer alan sabiq müdafiə naziri Sergey Şoyqu aparıb.
Reqlamentə əsasən, paradı müdafiə naziri aparmalıdır və biz 2012-ci ildən bu postda Sergey Şoyqunu görürük.
O, bugünkü parada da rəhbərlik etdi, baxmayaraq ki, hazırda Şoyqu Müdafiə Nazirliyinin rəhbəri deyil. Şoyqunun yenidən bu vəzifədə qalacağı da ehtimal olunmur. Onun yerinə təyinatın tezliklə açıqlanacağı bildirilir.
Mayın 7-də baş tutan Vladimir Putinin andiçmə mərasimindən sonra hökumət istefa verib - bu standart prosedurdur, Rusiya Federasiyasının Konstitusiyası ilə müəyyən edilir.
İnsayderlər hökumətin tərkibinin təsdiqinin mayın 8-dən iki gün sonraya təxirə salınmasını məhz Müdafiə Nazirliyində kadr dəyişikliyinin hazırlanması ilə əlaqələndirirlər. Hər halda paradı bir gün əvvəl təyin olunmuş yeni nazir aparması bir az qəribə alınardı.
İndi Prezident Baş nazir postuna yeni namizədi və bəzi nazirliklərin, o cümlədən Müdafiə Nazirliyinin rəhbərlərini təqdim etməlidir. Çox vaxt yeni komandaya əvvəllər oxşar vəzifələrdə olanlar daxil edilir. Amma bu dəfə fərqli durumun olacağı istisna deyil.
Nəzərə alaq ki, Şoyqu 2018-ci ildə prezident seçkilərindən sonra vəzifəsində qalıb. 2018-ci ildə inauqurasiya da mayın 7-də baş tutub və hökumət dərhal istefa verib, lakin paradı Sergey Şoyqu keçirib.
Bu dəfə də prezident istefa vermiş hökumətə yeni Nazirlər Kabineti formalaşana qədər işini davam etdirməyi tapşırıb. Lakin Qələbə Paradında Şoyqu Rusiyanın müdafiə naziri kimi çıxış edib.
Bununla belə, Şoyqunun yeni Nazirlər Kabinetinin təsdiqindən sonra müdafiə naziri vəzifəsində qalacağını əminliklə söyləmək olmaz. Məsələ burasındadır ki, mayın 2-də Vladimir Putin 2015-ci ildən 2016-cı ilə qədər onun təhlükəsizlik xidmətində cangüdəni olmuş Aleksey Dyuminlə görüşüb. Buna görə də media və sosial şəbəkələrdə onun Şoyqunun yerinə təyinat alacağı ilə bağlı xəbərlər yayılmağa başlayıb.
Qeyd edək ki, Aleksey Dyumin Tula vilayətinin qubernatorudur.//Qafqazinfo
Tehsil-press.az