Putin varisi kimdir?

Putin varisi kimdir? “Rusiya prezidenti Vladimir Putin özü üçün varis hazırlaya bilmir. Çünki istənilən belə cəhd prezident vertikalının dağılmasına gətirib çıxaracaq. Bu, Kremlin başçısı üçün intihardır”.

Tehsil-press.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya politoloqu, “Brookings Institution”un böyük elmi işçisi Liliya Şevsova söyləyib.
“Putin sadəlövh deyil. O, vaxtından əvvəl özünə qəbir qazmağa hazırlaşmır. Hər kəsi - Aleksey Dyumin, Aleksey Kudrin və Serqey Şoyqunu varis elan etmək cəhdi prezident vertikalını zəiflədəcək. Aydındır ki, Putin varis hazırlığı vasitəsilə siyasi qəbiristanlığa getməyə hazırlaşmır”, - politoloq deyib.
Eyni zamanda o, vurğulayıb ki, hakimiyyətdə gözlənilməz “sınıqlar”ı və dövlət çevrilişləri gedişatında liderlərin dəyişikliyini istisna etmək olmaz
Qeyd edək ki, Putinin özünə varies hazırladığı barədə iddialar gündəmə tez-tez düşür.Tula vilayətinin qubernatoru Aleksey Dyumin, sabiq maliyyə naziri Aleksey Kudrin və müdafiə naziri Serqey Şoyqu ilə yanaşı, baş nazir Dmitri Medvedev, Moskva vilayəti administrasiyasının rəhbəri Andrey Vorobyov və Prezident Administrasiyasının başçısı Sergey İvanovun da adları Putinin varisi olaraq çəkilir.

tehsil-press.az

Oxşar xəbərlər