Düşünürəm ki, bu, təkcə Fitso və Slovakiyaya deyil, həm də Rusiya-Slovakiya münasibətlərinə atılan güllədir.
Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdi şərh edərkən deyib.
O, hökumət başçılarına qarşı təsadüfi sui-qəsd cəhdlərinə inanmadığını bildirib.
Zatulin sui-qəsdin Fitsonun Avropa və dünyadakı vəziyyətlə bağlı mövqeyi ilə bağlı ola biləcəyini istisna etməyib.
Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitsoya bu gün sui-qəsd edilib. O, hökumətin iclasından çıxarkən güllələnib.
Hazırda xəstəxanada əməliyyatdan çıxan baş nazirin səhhətinin stabil olduğu bildirilib.
Tehsil-press.az