Slovakiya Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni növ COVID-19 koronavirusu ilə mübarizə üçün 200 min avro ayıracaq.
Bunu Slovakiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir ki, ötən gün Slovakiyanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Yuray Podqorski Slovakiya ilə ÜST arasında bu barədə donor sazişi imzalayıb: "Beləliklə, hökumətin 5 fevral tarixli qərarı əsasında respublika müalicə, xəbərdarlıq tədbirləri və virusun ən çox zərərçəkmiş bölgələrdə epidemiyaya keçməsinin qarşısını almaq üçün 200 min avro yardım edəcək".
Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 74 185 nəfərə çatıb. Onlardan 2004 nəfəri ölüb, 14 376 nəfəri isə sağalıb. Hazırda xəstə olan 57 805 nəfərdən 11 977 nəfərinin vəziyyəti ağırdır.
Tehsil-press.az