ADU nüfuzlu beynəlxalq reytinq cədvəlində

ADU nüfuzlu beynəlxalq reytinq cədvəlində Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib.

Azərbaycan Dillər Universiteti "THE Impact 2024"də yer alan universitetlərdən biridir.

Ümumilikdə 125 ölkədən 2152 universitetin dəyərləndirildiyi reytinqdə Azərbaycan universitetləri arasında Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti əhəmiyyətli nəticələr əldə edib.

17 müxtəlif istiqamət və kriteriyalar üzrə dəyərləndirilən "THE Impact 2024" reytinq cədvəlində Azərbaycan Dillər Universiteti "Gender bərabərliyi", "Təhsilin keyfiyyəti", "Ləyaqətli iş və iqtisadi inkişaf", "Məqsədlər üçün tərəfdaşlıq" meyarlarına əsasən qiymətləndirilərək 1001-1005-cü yerləri tutmaqla reytinq cədvəlində Azərbaycan Dövlət Neft və Sənaye Universitetini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, Azərbaycan Texniki Universitetini, Azərbaycan Turizm və İdarəetmə Universitetini, Azərbaycan Dövlət İnşaat və Mühəndislik Universitetini qabaqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər