Bakının Suraxanı qəsəbəsi, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən "Duzlu göl"ün təxminən 200-300 metrliyində "Yodlu göl" var.
Çoxları inanırlar ki, buranın yodqarışıq palçığı müalicəvi əhəmiyyətə malikdir.
Havalar isinən kimi gölün sahili şəfa tapmaq niyyətində olanlarla dolur. Adamlar bədənlərinə, ağrıyan nahiyələrə yodlu palçıq çəkir, quruduqdan sonra isə yuyunurlar. Uşaqdan-böyüyə hər kəs ya özünü qara palçıqla, yodla "bəzəyir", ya ətrafdakı qumda gizlənir, ya da duzlu gölə baş vurur.
Tehsil-press.az