Azərbaycan jurtnalistlər birliyinin üzvü, publisist,pedaqogika üzrə fəlsəfə doktoru
Sözü doğma, özü əziz,
Göylər işıq, səma təmiz.
Oldu nurlu taleyimiz,
Məşəl kimi yanan ürək.
Nəbi Xəzri
Ötən əsrin 70 – ci illərinə Azərbaycan Respublikasının çiçəklənən, bütün sahələrdə tərəqqi, inkişaf dövrüdür desəm, yanılmaram. Məhz həmin illərdə xalqımız zamanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin respublikaya rəhbərliyi ilə böyük xarüqələr yaratmışdır. Respublika rəhbərinin hələ o zaman ardıcıl, uzaqgörən siyasəti ilə Azərbaycan nəinki təkcə keçmiş SSRİ – də, həmçinin, dünyada da tanına bilmişdir. Bir sözlə, Heydər Əliyev təkcə respublika rəhbəri deyil, sözün əsl mənasında xalqın atası, xilaskarı olmuşdur....
Xoşbəxtlikdən, taleyin hökmü ilə uşaqlıq çağlarım, məktəbli illərim məhz o dövrə təsadüf etmişdir. Rəhbərin gənc nəslə diqqət və qayğısı, onların elmə, mədəniyyətə yiyələnmələri, gələcəkdə xalqımızın dəyərli ziyallıları, əsl vətəndaş olmaları üçün böyük işlər görməsi bir lent yazısı kimi gözlərim önündən ötüb keçir. Xüsüsilə, onlarla səmimi söhbətlərini yaxşı xatırlayıram. Respublikanın, eləcə də SSRİ – nin müxtəlif ali məktəblərinə qəbul olunan gənclərlə keçirilən görüşlər və onlara respublika başçısı tərəfindən verilən xeyir – dua, o illərdə ali məktəbə daxil olmuş gənc tələbə kimi mənim də həyatımda silinməz izlər buraxmışdır. Odur ki, o dövr həyatımın ən bəxtəvər, xoşbəxt çağlarındandır.
1982 – ci ildə H.Əliyevin Sov.İKP MK Siyası bürosuna üzv və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə seçilməsi mənim timsalımda Heydər Əliyev şəxsiyyətinə böyük hörmət və sevgisi olan bir gənci nə qədər sevindirdiyini, o anlar necə yaşadığını, hansı hisslər keçirdiyini sözlə deməyə çətinlik çəkirəm.
H.Əliyevin Moskvaya yola düşməzdən öncə respublika zəhmətkeşləri ilə görüşünün televiziya ilə nümayişini xatırlayıram. Zalda əyləşən həmyerlilərimizin həm sevincdən, həm də doğma adamından ayrılmasından doğan göz yaşlarını heç vaxt unuda bilmirəm. O hissləri milyonlarla tamaşaçı kimi mən də televiziya qarşısında keçirirdim. H.Əliyevin böyük əminliklə söylədiyi – “ harda oluramsa olum, xalqımızın, respublikamızın adını, şərəfini həmişə uca tutacağam ” – tarixi sözləri məni hər zaman düşündürməklə, xalqa azacıq da olsa təmənnasız xidmət etməyə daim səfərbər etmişdir.
SSRİ dövlətinin başçılarından biri kimi bütün dünyada özünü qüdrətli siyası xadim kimi göstərə bilməsi, Azərbaycanın adını bir daha dünya miqyasında təsdiq etməsi, şübhəsiz ki, bir azərbaycanlı kimi məni sevindirir, fərəhləndirdi. O zamanlar cahanşümul bir şəxsiyyətin, dövlət xadiminin , yeganə azərbaycanlının Moskvada Kremldə yüksək vəzifə tutmasından daim qürur hissi keçirirdim.
Lakin 1987 – ci ilin sonunda H.Əliyev istefaya göndəriləndən sonra ona qarşı həm SSRİ, həm də Azərbaycan rəhbərliyinin ögey, bəzən də düşmən münasibət bəsləmələri bir çoxu kimi məni də narahat edirdi. Ən çox narahat edən isə belə münasibət göstərənlərin arasında Heydər Əliyevin vaxtilə yetişdirib ərsəyə çatdırdığı, yüksək vəzifə və mövqelərdə olan şəxslərində olması idi. Belə münasibət mətbuatda dərc edilən sifarişli, qərəzli, böhtan dolu yazılarda da öz əksini tapırdı.
1989 – cu ildə Rabitə Nazirliyi xətti ilə Culfada ezamiyyətdə olarkən əldə etdiyim bir qəzetdə dərc edilmiş müsahibədə Heydər Əliyev respublikada baş verən hadisələrə obyektiv qiymət verirdi. Müsahibəni oxuyub köksümü ötürdüm və düşündüm ki, nə olar, tezliklə H.Əliyev respublikaya dönsün, bizi düçar olduğumuz bəlalardan, hərc-mərclikdən qurtarsın. Buna isə xoşbəxtlikdən nə az, nə çox 4 il lazım oldu. Respublikamıza yenidən səadət günəşi doğdu...
Nəhəyət ki, qanlı yanvar hadisələri zamanı Moskvada H.Əliyevin etiraz səsi eşidildi və SSRİ rəhbərlyini cəsarətlə, çəkinmədən kəskin tənqid etdi. Belə bir vəziyyətdə xalqımız özünün başsız olmadığına bir daha əmin oldu. Az sonra o, respublikaya döndü, parlamentə deputat seçildi. Amma yenə də ona bədxahlar rahatlıq vermirdi.Lakin o, son dərəcə təmkinlə, özünə xas cəsarətlə bütün təzyiqlərə mətinliklə sinə gərirdi. Öz ləyaqətini, mənlyini, şəxsiyyətini əsl kişi kimi qoruyurdu.
Azərbaycan Respublikası tarixində ikinci elə böyük bir şəxsiyyət, dövlət başçısı yoxdur ki,H.Əliyev qədər elmə, ədəbiyyata, mədəniyyətə, incəsənətə, idmana və ümumiyyətlə həyatımızın demək olar ki, bütün sahələrinə yüksək qiymət versin, əsl sənət xiridarı kimi sənətə və sənətkara xüsusi diqqət və qayğı göstərsin. Buna saysız – hesabsız misal göstərmək olar . Amma mən bir hadisəni xüsusi olaraq qeyd etməyi özmə borc bilirəm.
H.Əliyev Azərbaycan dramaturgiyasının sönməz ulduzu, dahi Cəfər Cabbarlı sənətinə, şəxsiyyətinə daim böyük qiymət vermişdir. C.Cabbarlının ev muzeyinin yaradılması,metro stansiyalarından birinə dramaturqun adının verilməsi, ona Bakıda və Xızıda əzamətli heykəl ucaldılması məhz bu dahi şəxsiyyətin-H.Əliyevin xüsusi diqqətinin, əməyinin və məhəbbətinin ən bariz nümunəsdir.
1991 – ci il martın 22- də C.Cabbarlının anadan olmasının 90 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilirdi. Opera və balet teatrının binasında keçirilən yubiley mərasimində qardaşımla birgə mən də iştirak edirdim. Tətbirin birinci hissəsi qurtardı və foyeyə çıxdıq. Foyedə möhtərəm H.Əliyevin bir nəfərlə durduğunu gördüm. Böyük sevinc hissi ilə, çəkinmədən qardaşımla birinci olaraq bu hörmətli ağsaqqala, dövlət xadiminə, böyük şəxsiyyətə yaxınlaşdım. Onunla səmimi görüşdük, Novruz bayramını təbrik etdik və onu burada görməyimizdən çox məmnun olduğumuzu bildirdik. H.Əliyev sevinc içərisində özünəməxsus nəzakətlə, böyük şəxsiyyətlərə xas olan səmimiyyətlə mənim və qardaşımın əlini sıxdı, mehribancasına çiynimdən tutdu və “çox sağ ol oğlum, çox razıyam”- dedi. O anlarda sevincimin həddi-hüdudu yox idi. Dünya şöhrətli siyasətçi, dövlət xadimi, Millət atasını canlı olaraq görüb, onunla söbət edirdim.Bu, mənim üçün böyük xoşbəxtlik idi. Həmin görüşdə vaxtilə H. Əliyevin xeyir-duası ilə müəyyən mövqeyə çatmış bəzi adamlar onunla görüşməyə belə təşəbbüs göstərmirdilər. Bu isə mənə olduqca pis təsir bağışladı. O vaxtlar H. Əliyev təqib edilirdi. O isə ona qarşı planlaşdırılmış sui-qəsdlərə məhəl qoymadan, düşmənlər qarşısında qorxmadan, çəkinmədən, cəsarətlə C.Cabbarlı dühasına məhəbbətini, ehtiramını bildirmək üçün yubley mərasiminə pənahgətirməsi onun nə qədər böyük şəxsiyyət, dahi olmasını bir daha sübut etdi. Belə ki, H. Əliyev bu yubley mərasiminə Naxçıvandan təyyarə ilə xüsusi reyslə təşrif gətirmişdi.
Bundan sonra dramaturqun ailə üzvləri, bəzi mədəniyyət və incəsənət işçiləri H.Əliyevə yaxınlaşıbonunla mehribancasına görüşdülər. Onun üzündə sevinc hissini gördükcə o anlar xəyalımdan yalnız bir fikir keçirdi: “Heydər müəllim, xalq Sizi sevir, Sizə inanır. Buna hə zaman əmin ola bilərsiniz”. Sonra Ulu Öndərlə xatirə şəkli çəkdirdik.
Ikinci hissə başladı. H. Əliyevin əyləşdiyi cərgədə heç kim cürət edib oturmadı. Mən isə qardaşımla birgə həmin cərgədə ona yaxın kürsüdə əyləşdik...
O vaxtlar H.Əliyev təqaüddə idi. Heç bir yüksək vəzifə daşımırdı. Məni H.Əliyevə yaxınlaşıb görüşməyə sövq edən onun şəxsiyyətinə hər zaman bəslədiyim dərin məhəbbət, hörmət və ehtiram olmuşdur. Bu isə vəzifəyə deyil, şəxsiyyətə,millət atasına bəslənən hörmətin, dərin ehtiramın təzahürü idi.
H. Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra tez-tez çıxışlarında Cabbarlının yubley mərasimində dramaturuqun ailə üzvləri ilə yanaşı, ayrı-ayrı adamların onunla görüşməsindən söhbət açarkən bir daha gözəl, xoşbəxt anları, keçirdiyim hissləri təkrar yaşayırdım.
Taleyin hökmü ilə H. Əliyev1993-cü ildə xalqın yekdil, təkidli çağırışı ilə xilaskar qismində yenidən respublika rəhbərliyinə qayıtdı.
O vaxtdan respublikada sabitlik, əmin-amanlıqhökm sürməyə başladı. Həyat öz axarına düşdü. H.Əliyevin dövlət başçısı kimi apardığı daxili və xarici siyasətin nəticəsi olaraq müstəqil Azərbaycan Respublikası demokratik inkişaf yoluna qədəm qoydu, ilk Konstitusiya qəbul olundu.Azad parlament seçkiləri keçirildi, “Əsrin müqaviləsi”- neft kontraktları imzalandı,xalqın gələcəyə inamı artdı.
Onun qayıdışı ilə, əhəmiyyətli dərəcədə topların, güllərin səsi kəsildi, tökülən qanlara, ah-nalələrə, göz yaşlarına son qoyuldu, atəşkəs əldə olundu. Müdrik siyasətçi, dövlət başçı H.Əliyevin siyasəti, apardığı danışıqlar, görüşlər tezliklə, sülh yolu ilə müharibənin başa çatacağının əsasını qoydu. Azərbaycanda digər sahələr kimi. Dünya standartlarına cavab verən ordu quruculugunun inkişafına güclü təkan verildi.
H. Əliyev böyük şəxsiyyət, böyük fenomendir. Tarix belə şəxsiyyətləri az-az yetirir. Onda olan bilik, baçarıq, enerji, cəsarət, dəmir iradə və hafizə, qəttiyət hər bir azərbaycanlı üçün, xüsusilə də gənc nəsl üçün əvəzsiz məktəb və örnəkdir. Mən daim həyat yollarımda, cəmiyyətdə, ailədə, bu gün sıralarında şərəflə çalışdığım Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki fəaliyyətimdə, jurnalistika işimdə, elmi-pedaqoji fəaliyyətimdə məhz Heydər Əliyev məktəbindən bəhrələnməyə, ondan öyrənməyə çalışıram...
Heydər Əliyev dühası günü-gündən çiçəklənən, tərəqqi edən, cənab İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində öz layiqli yerini tutan, bölgədə lider dövlətə çevrilən bu doğma ana vətənimizdə sabahlara işıqlı yol açaraq, əbədi məşəl kimi ürəklərdə daim yanacaqdır.
Tehsil-press.az















