Hüseynqulu Sarabski adına 7 saylı musiqi məktəbinin külli miqdarda mənimsəməyə görə həbsdə olan sabiq direktoru Mehriban Rüstəmovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə Mehriban Rüstəmova verilmiş ittihamlarla təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittihamı ləğv edib. Yekun qərara əsasən, ittiham olunan sabiq direktorun cəzası 3 ay azaldılaraq, 10 il 3 aya endirilib. Hökmün qalan hissələri dəyişdirilmədən saxlanılıb. Daha sonra Mehriban Rüstəmova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd: 2020-ci ildə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılıb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmaqla, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək küllü miqdarda (910 min manat) pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. M. Rüstəmovanın xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd «notebook» və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.
İstintaq zamanı M.Rüstəmovanın müəllimlərin adına olan 40 ədəd əmək haqqına dair plastik kartları özündə saxlayaraq həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomat vasitəsilə ələ keçirərərək mənimsəməsi özünün etirafı, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiqini tapıb.
Mehriban Rüstəmovanın məktəbin müəllimlərindən qanunsuz yollarla topladığı pul vəsaitinin bir qisminin qabaqcadan əldə edilmiş razılaşmaya uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşına verilməsi, digər qisminin isə özü tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Mədəniyyət Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Toplanmış sübutlar əsasında Mehriban Rüstəmovaya Cinayət Məcəlləsinin 179.4(mənimsəmə və israfetmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Tehsil-press.az