Kreml politoloqu, İctimai Palatanın üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Serqey Markov Moskva-Bakı portalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevana bu yaxınlardakı səfərinin sensasion detalları haqda danışıb.
Tehsil-press.az-ın məlumatına görə, S. Markov təsdiq edib ki, Rusiya xarici işlər nazirinin səfəri çərçivəsində müzakirə mövzularında biri də Serj Sarkisyana, ölkə əhalisinə Rusiyanın Qarabağ məsələsinin həllinə dair planının həyata keçirilməsi vacibliyini izah etməkdə köməklik göstərilməsi olub. Belə ki, Ermənistanda Kazan sənədi barədə kifayət qədər kritik reaksiya müşahidə olunmaqdadır.
«Mən faktiki əminəm ki, Kazan sənədi və onun müxtəlif variantları tətbiq edilir. Sənəd əvvəl qəbul olunmadı... Daha doğrusu, onun qüvvəyə minməsi, imza atılması üçün formulanı dəyişdirmə qaydası müzakirə predmetinə çevrildi. Görünür, danışıqlarda əsas məqam da məhz bu idi”-deyə politoloq qeyd edib.
«Ermənistanda əksəriyyət bu planı ciddi güzəşt hesab edir və hətta Sarkisyanı, Rusiya rəhbərliyinin istəklərinə zidd olaraq, devirməklə təhdid edirlər. Sarkisyan sənədi imzalasa belə, onu devirsələr, plan icra olunmayacaq”-Markov öz mövqeyini ifadə edib. Markov eyni zamanda müzakirə oluna biləcək bəzi məqamlar haqqında da məlumat verib.
«Birincisi – bu, Azərbaycana qaytarılacaq rayonların sayıdır. Azərbaycan planına əsasən, 6 rayon və Laçın rayonunun bir hissəsi qaytarılır və ölkəni Dağlıq Qarabağla əlaqələndirən Laçın dəhlizi işğal altında qalır.
İkincisi - Dağlıq Qarabağ haqqında referendum sənədinə girişdə nələrin salınmasıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri və Madrid prinsiplərindən çıxış edir. Bu isə öz növbəsində Ermənistan tərəfini qane etmir. Belə ki, qətnamələrdə qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycana məxsus olduğu halda isə referendumun keçirilməsi yolverilməzdir. Azərbaycan da öz növbəsində qətnamələrdə göstərilənlərə zidd mövqe sərgiləyən referendumun keçirilməsini mümkün saymır.
Üçüncüsü isə qaçqınlar, onların səsvermə hüququ və köçürülməsidir. Məlum məsələdir ki, bu gün yalnız ermənilərin məskunlaşdığı Dağlıq Qarabağda referendum keçirilərsə, əhali müstəqilliyə səs verəcək, çünki orada heç bir qaçqın yoxdur. Deməli, qaçqınlar məsələsi, yəni, onların səsverə bilməsi və ümumiyyətlə, kimin qaçqın hesab olunması kimi məsələlər həll yolunu tapmalıdır”, - deyə Markov əlavə edib.
tehsil-press.az