14:42
MMA və Qrapplinq Federasiyasının həbsdə olan qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun məhkəməsi yekunlaşır.
Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Müslüm Şahmarov idmançıların ayrı-ayrılıqda xuliqanlıqda təqsirli bilinmələrini - R.Əfəndiyev, T.Musayev, V. Kərimov, X.Rüstəmov və R. Əsədovun 1 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
İttiham çıxışında sərbəst mühakimə olunan T.Musayevin məhkəmə zalından həbsi tələb olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən "Dəniz Mall" ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.
-------
13:21
Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslər barəsində barəət hökmünün çıxarılmasını istəyiblər.
Daha sonra məhkəmədə təqsirləndirilən şəxslər son söz deyiblər.
İdmançılar son sözlə çıxış edərək məhkəmədən barələrində bərəat hökmünün çıxarılmasının istəyiblər.
Məhkəmə hökmü elan üçün müşavirəyə yollanıb.
----------
11.47
Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə prokuror çıxış edərək idmaçıların hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror barəsində həbs qətimkan tədbiri seçilməyən Tofiq Musayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinin istəyib.
Proses davam edir.
Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində baş verib.
İttihama görə, təqsirləndirilən idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Mübahisə zamanı idmançı Həsən Əzizov döyülüb.
Cinayət işinin istintaqı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən aparılıb.
Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbsdədir. T.Musayev və Mehman Məmmədov istintaq dövrü müddəti üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Daha sonra təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
İstintaqın sonunda iş üzrə təqsirləndirilən Mehman Məmmədovun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Tehsil-press.az