RUHUN BAXIŞLARI ALTINDA...

RUHUN BAXIŞLARI ALTINDA... Salam əziz oxucu.
İstənilən fikri diqqətə təqdim etmək üçün ən azı ürəyində bir arzu, bir istək olmalıdır. Və sən də bu arzu və istəyin diktəsi ilə özünü toparlayıb, fikrini oxucuya çatdırmalısan. Bu dediklərimə söykənib, mən də bu yazı ilə sizlərlə həmsöhbət olmaq istədim.

Rejissor olaraq yeni bir işə start verdim. İşimin məzmunu həkimlərin etdiyi işləri çəkmək idi. Ümumilikdə etiraf etsəm, həyatımda baş verən hər bir hadisə xəyal kimi baş verib, nağıl kimi bir sehrə düşür bu həyatda sanki.

Baş verən hadisələr də elə mənim bu işə başlamağımla oldu. Həmin gün həkimimin bir klinikada əməliyyatı vardı və biz hazırlaşıb, həmin klinikaya getdik. Elə sizə danışmaq istədiyim hadisələr də burdan başladı.

O klinikaya ilk dəfə idi çəkilişə gedirdim. Həkim məni ordakı həkim komandası ilə tanış etdi və orda bir həkim mənə çox doğma bir tərzdə yanaşdı. Mənimlə maraqlanmağa başladı. Xatırlayıram, ilk olaraq mənə bu sualı verdi :
"-Milliyətcə haralısız?"

İkinci sualı isə işlərim haqda idi. Onun çox şən biri olmağını, hətta və hətta çox emosional olması məndə ona qarşı xoş bir təəssürat oyatdı. Hamımız Cərrahiyyə geyimində idik və ağzımızda maska olduğundan onun ancaq gözlərini görə bilirdim. Maraqlı idi, görəsən bu həkimin siması necədir? O artıq xəstəyə narkoz verirdi, ona qəfildən yaxınlaşıb, maskanı üzündən aşağı endirməsini rica etdim.

-"Nədən?" deyə sual etdi.

-"Simanızı görmək istəmişdim" - cavabında mən utancaq bir səslə ona səsləndim. Və o maskanı aşağı endirib, mənə gülümsündü. Siması mənə çox maraqlı olan bu həkimə doğru baxmağa başladım. Dəqiq müəyyən etdim ki, onu bu dünyada haçansa gördüyüm, xəyal etdiyim və yaxud bu dünyada görməyi arzuladığım həmin o insan idi - RİZVAN DOKTOR...

Bizim klinikada əməliyyatımız bitdi, çəkilişləri edib, oranı tərk etdik. Hərdən əməliyyatlar olduğu zaman o klinikaya gedərdik. Və beləcə başladım Rizvan doktorun işlərin gizli gizli qısa videolarda çəkməyə. Sonra isə bir iki video ondan izin alıb, çəkmişdim. O videolarda narkoz haqqında danışırdı və mən də bacardığım qədər onu tələsik çəkilişlər edirdim. (çünki işimdən kənar qaçıb onu çəkiliş edirdim).

-"Necə də yaxşı insanlar var! Rizvan doktor necə də xeyirxah, necə də nəscibdir!" - deyərək, düşünərək kadrları çəkə çəkə həkimin hər danışığını, xəstələrlə hər incə nəvazişi hərəkətlərini müşayiət edirdim. Elə məni bu insana yaxınlaşdıran səbəb də onun insani duyğu hisslərinin olması idi. Ona çəkdiyim videoları ordakı işlərimdən gizli edirdim. Çünki bunu görən işlədiyim həkimdən dəfələrlə iradlar aldım buna görə.

Nədənsə bu qarışıq dünyada bizə yalnız aid olan şeylərdən yaza bilmirəm. Hər şey yaddan daha da yaddır. Rizvan doktor isə bir doğma həkim olmuşdu mənim gözümdə. Amma bu dünyada ƏDALƏTSİZLİK! ƏDALƏTSİZLİK!

Sözlərimin kulminasiyasında isə başıma gələnləri deyə bilmək bir cəsarət, dodaqlarım titrəyir, başım dönür. Bilirsənmi əziz həkim, məni sizə bir addım yaxınlaşdıran səbəblər "insanlıq" adında bir duyğu görməyim idi. Bəlkə də mən bunu real dünyamda heç zaman görməmişəm. Deyirəm axı xəyal dünyamın hər zaman kadrlarında olan məni bu həkimin insanlarla gözəl rəftarı sanki iki dünya arasında qalmağa vadar etdi. Paralel montaj - xəyal dünyası+real həyat=həqiqət doğrumu??

Rizvan doktorda gördüyüm insanlara bu qayğı, sevgi, diqqət, hörmət məni məndən etdi. Amma mən birdəfəlik o klinikadan ayrı düşdüm.

Təxminən iki həftədir ki, yuxusuzluqdan əziyyət çəkirəm, ümumiyyətlə mən bundan faciə düzəltmirəm, belə dövrlər gelib, gedir və pis insalar - kimlər ki, məni işimdən uzaqlaşmağa vadar etdilər - onlar üçün hər zaman pislik etməyə lazım olduğundan daha çox səbəblər tapılır.

Sözümün sonluğu belə yekunlaşır. Üzərimə təzyiqlər etdilər, çünki, mən YAXŞLILIĞIN-XEYİRİN ŞƏR üzərindəki işığın kadrlarında işıqlandırmışdım. Amma bu işıq Şərin gözlərini kor etmişdi..

Rizvan doktor mənim kadrlarının həyata saçan bir işığı idi.

Və beləcə mən işi tərk etdim.

Miskin görünürəm bəlkə də bu yazı ilə sizlərə, fəqət, əgər onlar - qaranlıqdakılar qəlbimə boylana bilsəydilər, insan adlı bir duyğunu, insan olmaq anlayışını yenə də görə bilməyəcəklər.

İşimi tərk etdikdən sonra Rizvan doktoru görmək üçün həmin klinikaya qaçıb getdim. Amma ürək etmədim 1 mərtəbə yuxarı qalxıb onun mələk simasını görməyə və ordan taksiyə minib uzaqlaşdım.

Əgər yer sağa fırlanırsa, (bunun belə olduğunu bilmirəm) onda mən sola fırlanmalıyam ki, Rizvan doktor kimi gözəl insanların yerini doldurum.

Və budur, mən yenidən bu gözəl qəlb sahibi həkimi görmək üçün yenə onun işlədiyi yerə getdim. Cəsarətimi toplayıb, ona zəng etdim, gəldi, onu gördüm.

Mənə o qədər təşəkkürlər etdi ki, onun üçün çəkmiş olduğum videolar üçün. Amma mən pis olurdum.

-"Axı Rizvan doktor, mən sizə təşəkkür etməyi belə qıymıram mənə deməyə"...

Sağollaşıb yenə ordan qaçdım. Düşünürəm, yaxşı insanlarla gözəl günləri sadəcə həyatdan silmək mümkün deyildir, həyatda yenidən onları yaşamaq imkanları həmişə mövcuddur.

Əziz oxucu, bəlkə də sizi yordum, bəlkə də oxuyub, yenə də təkrar oxuyacaqsınız bu yazımı, bunu bilmirəm.

Sizə bu son misralarla sağ ol yox, hələlik deyirəm.

Qəlbən sevgilərimlə sizin Emilya...

Ey adamlar, bir arzum var, qoyun deyim, qoyun deyim
Sağlığında qiymət verin, sağlığında qiymət verin
İnsanlara, insanlara
Yaxşılara sağlığında yaxşı deyin, yaxşı deyin
Yaxşılara sağlığında yaxşı deyin, yaxşı deyin
Sağlığında yaman deyin yamanlara, yamanlara
Sağlığında yaman deyin yamanlara, yamanlara
Sağlığında heykəl qoyun, heykəl qoyun ölməzlərə
Sözünüzü sonralara saxlamayın, saxlamayın
Diri üçün iynə boyda hörməti mən, hörməti mən
Ölü üçün min heykələ, min heykələ dəyişmərəm...

Emilya Aslanlı


RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...
RUHUN BAXIŞLARI ALTINDA...


Tehsil-press.az

Oxşar xəbərlər