“Ermənilər başıma 100 min dollar qoymuşdu”

“Ermənilər başıma 100 min dollar qoymuşdu” Aparıcı, şoumen və ictimai fəal Kamran Razmovar “Qafqazinfo”ya müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Sizin həqiqətən də maraqlı karyeranız var. 10 il əvvəl düşünərdinizmi ki, nə vaxtsa ermənilərlə fəal müzakirələr aparacaq və həqiqət qarşısında onlardan bir çoxunun gözünü açacaqsınız?
- Karyeram o qədər də orijinal deyil. Gənc olanda incəsənətlə bağlı hər şey – rəsm çəkmək, şeir yazmaq, aktyorluq marağımı cəlb edirdi. Gənc Tamaşaçılar Teatrı nəzdində məktəbə qəbul oldum, məni aktyor olaraq qəbul etdilər. Daha sonra Rus Dram Teatrına getdim və orada 5 il işlədim. Ondan əvvəl isə 2 il Gənc Tamaşaçılar Teatrında çalışmışam. Paralel olaraq isə tədbirlərdə aparıcı olaraq işləyirdim və böyük uğurlar qazandım. O zaman ermənilərlə danışacağımı və bunun mənim işimə çevriləcəyini təsəvvür etmirdim.
- Bu necə baş verdi?
- İkinci Qarabağ müharibəsi başladı və mən uşaqlıqdan bəri gördüyüm bütün bu ədalətsizliklərə qarşı bir şeylər etmək istədim. Uşaqlıqdan şahid olduqlarım - 20 Yanvar, 1988-ci il Sumqayıt hadisələri, erməni təxribatları, əmimin də iştirak etdiyi Birinci Qarabağ müharibəsi idi. Həmişə bütün azərbaycanlılar üçün müqəddəs olan bu mübarizəyə töhfə vermək istəmişəm. Məndə alınacağını düşünürdüm, bu isə mənim üçün bir iş oldu. Bir dəfə jurnalistlərdən biri mənim 2018-ci ildə erməniyə yaxşı rəssam olduğunu dediyim şərhimi paylaşaraq məni pis vəziyyətdə qoydu. Əlbəttə, tarixi silmişdilər və onu 2020-ci ildəki müharibə zamanı paylaşaraq məni erməniyə kompliment etməkdə günahlandırdılar.
- Ermənilərdən sizə təhdidlər gəlirmi?
- 3 il ərzində ünvanıma 10 minlərlə təhdid gəlib. Üstəlik, başıma 100 min dollara qədər pul da qoymuşdular. Erməni diasporu dünyanın hansısa ölkəsində məni aradan götürə bilən şəxsə bu məbləği təklif edirdi.
- Gələcək fəaliyyətinizi necə təsəvvür edirsiniz?
- Düzünü desəm, o qədər gələcəyi düşünmürəm. Banketlərdə aparıcılıq edirəm, ermənilərlə debat aparıram – mənim işim elə budur. Çox güman ki, gələcəkdə ermənilərlə ünsiyyət sahəsində fəaliyyət göstərim. Çünki mən onların dinlədiyi, dinləmək istədikləri və dinləyəcəkləri şəxsəm. Bəlkə də, bir neçə il ərzində minlərlə erməni ilə danışan yeganə azərbaycanlıyam. Burada yüzlərlə deyil, minlərlə erməni olduğunu vurğulamaq istəyirəm.
- Mütəmadi olaraq sosial şəbəkələrdə və müxtəlif platformalarda ermənilərlə müzakirələr aparırsınız. Necə düşünürsünüz, Azərbaycan və Ermənistan arasında gələcəyə dair onların vəziyyəti qiymətləndirməsində nəyisə dəyişə bilirsiniz?
- Əvvəl onlarla müzakirə edirdim, indi isə tələb edirəm. Əvvəl onlarla “yumşaq” tərzdə danışırdım, lakin indi onlara deyirəm ki, əgər mənlə danışmaq istəyirsinizsə, mənim qaydalarımı qəbul etməlisiniz. Və onlar bunu bəyənirlər. Onlar ümumiyyətlə onlarla sərt danışmağı sevirlər və idarə olunmağa vərdiş ediblər. Onlar tarixən farsların, yunanların, türklərin, rusların, bizim, ümumiyyətlə, bütün həyatları boyu kimlərinsə idarəsi altında olub. Erməniləri özünüzdən yuxarıda və ya sizinlə eyni səviyyədə qoyduğunuzda, mütləq olaraq başınıza çıxacaqlar. Buna görə də, onları aşağıda tutmaq lazımdır.
- Ermənilərlə ünsiyyətdə olarkən məqsədiniz nədən ibarət olur?
- Ünsiyyətin əsas mahyyəti ədalət naminə mübarizədir. Ermənilər özləri mənlə ünsiyyət qurmaq istəyirlər. Onlar özləri bunu istəyirlərsə, deməli, bu mənim istedadımdır. Kimsə piano çalır, kimsə mahnı oxuyur və rəqs edir, mən isə ermənilərlə danışıram. Mənim məqsədim ermənilərin qapımızı döyərək “gəlmək olar?” demələridir.
- Qarabağ erməniləri ilə tez-tez danışırsınız. Onların Azərbaycan cəmiyyətinə inteqrasiya olmaq istəyəcəklərini hesab edirsinizmi?
- Həm Qarabağ, həm İrəvan, həm də digər ermənilərlə söhbətlərim olub. Qarabağ ermənilərinin 10 faizi orada qalmaq və yaşamaq istəyirlər. Digərləri isə getmək istəyirlər və bununla yanaşı təzminat alaraq getmək niyyətindədirlər. Onların 90 faizi əmlaklarına görə pul almaq, 10 faizi isə qalaraq bizlə yaşamaq istəyir.
- Necə düşünürsünüz, Azərbaycan və Ermənistan arasında sülh mümkündürmü və bu hansı şərtlər daxilində ola bilər?
- İki ölkə arasında sülh iki halda mümkündür. Birincisi, bizim ortaq düşmənimiz yarandıqda. Bu bizi həqiqətən də birləşdirər. Bu hələ real görünmür. Buna görə də, bizi birləşdirə biləcək yeganə amil uzun zaman kəsiyi və “dəmir yumruq”dur. Lakin əlbəttə biznes variantı da var, ermənilər pulu sevirlər. Onları doyursan, sənin üçün işləyəcəklər, lakin kürəyə bıçaq vurmayacaqlarına heç kəs zəmanət vermir.
- Bəzən ermənilərlə ünsiyyət zamanı erməni dilindən istifadə edirsiniz? Bu dili nə qədər yaxşı bilirsiniz?
- Erməni dilində “salam”, “hələlik”, “necəsən”, “Qarabağ Azərbaycandır” kimi sözləri bilirəm. Təqribən 30-40 söz. Fəaliyyətimin əvvəlində bunu, onların tarixini, ermənilərin köç tarixini, kartoqrafiyasını öyrənməyə başladım. Erməni nağıllarının əsası yoxdur. Bu dildə ermənilərlə adi ünsiyyət üçün lazım olan qədər söz bilirəm.

Tehsil-press.az


Oxşar xəbərlər