Ağadadaş Ağayev mühafizəçini buna görə baltalamaq istəyib - ŞOK SƏBƏB

Ağadadaş Ağayev mühafizəçini buna görə baltalamaq istəyib - ŞOK SƏBƏB Xəbər verdiyimiz kimi, iyulun 22-də, səhər 7 radələrində Xalq artisti Ağadadaş Ağayevin “MedEra” klinikasına əlibaltalı hücumu geniş müzakirələrə yol açıb. Müğənninin aqressiv davranışları cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Çoxları onun psixi durumunun normal olmadığı haqda iddialar irəli sürməyə başlayıb. Maraqlıdır, deyilənlər həqiqəti nə qədər əks etdirir?

Xalq artistinin psixoloji durumunu analiz edən psixoloq Vüsalə Rüstəm “Yeni Sabah”a açıqlama verib:

“Öncəliklə deyim ki, psixi pozğunluq hisslər, davranış, düşüncələr sahəsində dəyişikliklərdir. Həm də insan keçmişdə yaşadıqlarını gələcəyinə daşıyır. İnsanın yaşadıqları neqativdirsə, o həmin insanın beynində müəyyən iz buraxır. Nəticədə davranış pozğunluğu, düşünmə, ünsiyyət problemləri yaranmağa başlayır. İnsan qarşısındakı ilə normal ünsiyyət qura bilmir, sağlam düşünə bilmir və aqressiv hərəkətlər edir. Ağadadaş bəydə də psixi pozuntu əlamətləri açıq görünür. Çünki adam balta ilə açıq şəkildə hücum edir və mühafizəçini yumruqlayır”.

Psixoloq onu da qeyd edib ki, müğənnin niyə bu qədər aqressiv olması onun sosial statusu ilə bağlıdır:

“Onun uzun illər sözünün qarşısında söz deyən olmayıb. Hətta deyərdim ki, insanın uzun illər xüsusi statusunun olması belə onda psixi pozuntu yaradır. O düşünür ki, nə etsə cəzasız qalacaq. İnsanların ona hörmətlə yanaşması müğənnidə davranış və düşünmə pozuntusu yaradıb. Təəssüf ki, o bu hörməti yetərincə dəyərləndirə bilməyib, ağsaqqal olması belə onu təkəbbürdən azad edə bilməyib. Təkəbbürlülük və düşünmə, davranış pozuntusu idarə olunmaz sferaya keçərsə, insan cinayət belə törətməkdən çəkinmir”.

Ağadadaş Ağayev mühafizəçini buna görə baltalamaq istəyib - ŞOK SƏBƏB


Tehsil-press.az

Oxşar xəbərlər