Tural Abbaslı barədə qərar verildi

Tural Abbaslı barədə qərar verildi AĞ Partiya başqanı Tural Abbaslının deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə Ağ Partiya Seçki Qərargahının rəhbəri Kamran Məmmədli məlumat verib .

K.Məmmədli bildirib ki, partiya sədri Tural Abbaslının namizədliyi 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən irəli sürülüb və Partiya sədrinə artıq namizədliyinin qeydə alınması barədə müvafiq vəsiqə də təqdim edilib.

Xatırladaq ki, Tural Abbaslının Yeni Azərbaycan Partiyasından (YAP) rəqibi Məlahət İbrahimqızıdır.

Tehsil-press.az

Oxşar xəbərlər