Sabah Azərbaycan Azad Respublikaçılar Parytiyasının (AARP) seçki qərargahının toplantısı keçiriləcək

Sabah Azərbaycan Azad Respublikaçılar Parytiyasının (AARP) seçki qərargahının  toplantısı keçiriləcək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun 62 saylı Saatlı seçki dairəsindən Milli Məclisə namizədliyi qeydə alınmışdır. Kamil Seyidov namizədliyinin qeydə alınması üçün imzatoplama kampaniyasında ona imza vermiş, seçki qərargahında fəal iştirak etmiş Saatlı seçicilərinin hər birinə öz dərin təşəkkürünü bildirmişdir.
Partiya sədri, həmçinin namizədliyinin qeydə alınması üçün obyektiv qərar çıxardıqlarına görə 62 saylı Saatlı seçki dairəsinin sədrinə və komissiya üzvlərinə səmimi minnətdarlıq edib.
Partiya fəalları 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar Parlament seçkisi ilə əlaqədar 17.01.2020-ci il tarixdən başlanan təbliğat, təşviqat kampaniyasının yüksək şəkildə keçirilməsi üçün zəruri tədbirlərin görülməsinin vacibliyini bildiriblər.
Sabah partiyanın mərkəzi qərargahında seçki qəragahının sədri, AARP-nin sədr müavini Tərahim Abbasovun rəhbərliy ilə seçki qəargahının toplantısının keçirilməsi, növbəti seçki mərhələsində təbliğat, təşviqat işinin yüksək səviyyədə aparılması ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.

AARP-nin Mətbuat Xidməti


Oxşar xəbərlər