Bakıda ticarət mərkəzində baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ Bakının Nizami rayonunda baş verən yanğında xəsarət qeydə alınmayıb.

Bunu "Report"a açıqlmasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin sektor müdiri Kapitan Əlibala Əlizadə deyib.

O bildirib ki, FHN-in "112" telefon Qaynar Xəttinə Bakının Nizami rayonunda iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri cəlb olunub. Yanğın ətrafdakı iaşə obyektlərinə keçməsinin qarşısı alınaraq genişlənməsinə imkan verilmədən qısa müddətə söndürülüb. Hadisə zamanı xəsarət qeydə alınmayıb. Ümumilikdə 150 m² ərazidə yanğın qeydə alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır"-deyə sektor müdiri qeyd edib.

15:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.



Tehsil-press.az

Oxşar xəbərlər