Bakıda doğum evinin yaxınlığında baş verən yanğın söndürüldü - Yenilənib - VİDEO

Bakıda doğum evinin yaxınlığında baş verən yanğın söndürüldü - Yenilənib - VİDEO 16:04

Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində, 5 saylı Doğum Evinin binası yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bununla bağlı FHN məlumat yayıb.

5 saylı Doğum Evinin binası istifadədə olmayıb.

-----------
15:08

Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evinin yaxınlığında məişət və taxta tullantıları yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb edilib.

FHN-dən "Report"a verilən məlumata görə, Səbail rayonu Neftçi Qurban küçəsində qeydə alınan yanğın məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində işlər davam edir.



Tehsil-press.az

Oxşar xəbərlər