"PwC Azərbaycan" şirkəti "CEO Survey 2016" hesabatının təqdimatını keçirib

Bu gün "PwC Azərbaycan" ilk dəfə 60-dan çox qonağın iştirakı ilə ölkənin Böyük Şirkətlərin Rəhbərləri ilə keçirdiyi İllik Sorğusunu (CEO Survey) təqdim etmişdir. Bu sorğu PwC tərəfindən keçirilən 19-cu Qlobal CEO araşdırmasının bir hissəsidir; sorğunun nəticələri Davosda keçirilən illik iqtisadi forumda açıqlanır.

CEO Survey - PwC tərəfindən keçirilən və hər il dünyada yüzlərlə böyük şirkət rəhbərlərinin iştirak etdiyi mühüm araşdırmadır. Biz öz respondentlərimizə qlobal iqtisadi tendensiyalar və onların təsiri, ayrı-ayrı ölkələrdə biznes mühiti və işgüzar dairələrdəki vəziyyətə dair bir çox suallar verir, həmçinin şirkət rəhbərlərindən hökumətin həyata keçirdiyi tədbirlərin effektivliyini qiymətləndirməyi və yaxın gələcəkdə biznes inkişaf planlarını paylaşmağı xahiş edirik. Araşdırmamızın məqsədi qərar qəbul edərkən biznes və siyasətçilərə əlavə bələdçilik edə biləcək qlobal iqtisadi tələblərin müəyyən edilməsindən ibarətdir.
Azərbaycan üzrə sorğuda neft-qaz, telekommunikasiya, maliyyə və pərakəndə ticarət daxil olmaqla, 10 iqtisadi sektordan 32 rəhbər iştirak etmişdir. Respondentlərin 75%-i üç il əvvəlki dövr ilə müqayisədə bu gün şirkətlər üçün daha çox təhlükənin mövcud olduğunu qeyd etmişdir. Şirkət rəhbərlərinin təxminən dörddə biri qlobal iqtisadi artım tempinin növbəti 12 ay ərzində yüksələcəyini proqnozlaşdırır.
"PwC Azərbaycan"ın idarəedici partnyoru Mövlan Paşayev çıxışında bildirmişdir: "İqtisadi çətinliklərə baxmayaraq, şirkət rəhbərlərinin əksəriyyəti öz şirkətlərinin mənfəətinin uzunmüddətli artımına əmindir. Eyni zamanda respondentlərin 75%-i üç il əvvəlki dövr ilə müqayisədə bu gün şirkətlər üçün daha çox təhlükənin mövcud olduğunu hesab edirlər; lakin bu təhlükələr biznes üçün yeni və daha əlverişli imkanlar kimi qəbul edilir".
Hesabatla daha ətraflı tanışlıq üçün: www.pwc.com/az
"PwC Azərbaycan" 1995-ci ildən fəaliyyət göstərir və yerli bazarda biznes-konsaltinq sahəsində peşəkar xidmətlərin göstərilməsi üzrə aparıcı yerlərdən birini tutur. Şirkətin dünyanın 6 ölkəsindən 100-dən artıq yüksək səviyyəli partnyoru və eksperti, o cümlədən beynəlxalq mütəxəssisi var və hamımızın ümumi məqsədi müştərilərimizə mükəmməl xidmətlər göstərməkdir.

tehsil-press.az

Oxşar xəbərlər