İqtisadiyyat naziri Şahin Mustafayev bu gün ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Həmbriklə görüşüb.Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat veriblər. Xəbərdə deyilir ki, görüşdə ABŞ-ın Nevada ştatı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib.
Ş.Mustafayev Azərbaycan və ABŞ arasında təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika və digər sahələrdə əməkdaşlıq edildiyini bildirib. “Hazırda ölkəmizdə 200-dən çox ABŞ şirkəti fəaliyyət göstərir. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoyulub. Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var”, - deyə nazir əlavə edib.
ABŞ Azərbaycanın iştirakı ilə reallaşdırılan enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Con Həmbrik də ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanlar olduğunu bildirib.
tehsil-press.az