Qurban Qurbanovun demək istədiyi, amma açıq demədiyi bu imiş, əslində… AGAH OLUN!

Qurban Qurbanovun demək istədiyi, amma açıq demədiyi bu imiş, əslində… AGAH OLUN! «Qarabağ»ın «Ludoqorets»ə məğlubiyyətini şok kimi qarşılayanlar çoxdur.

İnanılmaz gəlir onlara.

«Braqa» və «Bayer» kimi Avropanın adlı-sanlı komandalarının Bakıda nə hala salınmasını görmüş azarkeşə təəccüblü gəlir «Ludoqorets»ə yenilgi. 87-ci dəqiqədə vurulan qolun mənfi təsirindən hələ də ayılmır tərəfdar.

«Qarabağ» oyuna tam köklənməmişdi. Bunu Qurban Qurbanov 1 gün öncədən anons etmişdi. «Biz bu matça istədiyimiz kimi hazırlaşa bilmədik»açıqlaması elə bu deməkdir.

Qurbanovu biz düz danışan insan olaraq tanımışıq və bir daha gördük ki, o, həqiqəti açıq ifadə eləməkdən çəkinməyib.

Nə varsa, elə buradadır, elə bu açıqlamasının içindədir. Komandanın düzəni, ümumi durumu Qurbanovu razı salsaydı, heç şübhəsiz, fərqli danışar, analiz edərdi.

«Dinamo» ilə oyunlar «Qarabağ»ın futbolçularının başının altına yastıq qoydu. Minsk klubu ilə qarşılaşan «Ludoqorets»lə dünən Bakıda izlədiyimiz «Ludoqorets» arasında dağlar qədər fərq var.

O «Ludoqorets» hara, dünənki «Ludoqorets» hara! Düzdür, mərhələni keçərək bura gəliblər, amma «Dinamo»nun uduzmağa layiq olmadığını söyləməliyik.

Tehsil-press.az

Oxşar xəbərlər