Yoldaşlıq görüşü çərçivəsində keçirilən "Qarabağ" - "Qalatasaray" oyunundan sonra qonaq komandanın baş məşqçisi Okan Buruk jurnalistlərin suallarını cavablandırıb.
O, əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
- Bu stadionda bu şəhərdə möhtəşəm qarşılandıq. Evimizə gəlmiş kimi olduq. Əsas məqsəd Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə yardım idi. Digəri adı ilə Türkiyə və Azərbaycan qardaşlığı. Hər kəsə təşəkkür edirəm. Çox gözəl futbol gecəsi oldu. Xüsusilə, "Qarabağ" daha diqqətli idi və hazır idi. Heyətdə rotasiyalar etmişdik. Bəzi oyunçular şans qazanmadı. Qələbə qazandığımız üçün xoşbəxtik. Sizinlə birlikdə olmaqdan daha çox şadıq.
- Tez-tez belə oyunlar keçirməyi düşünürsüz?
- Bu, başlanğıc idi. "Qarabağ"la olan dostluğumuz davam edəcək. Şəhərə gec gəldik. Çətinliklər bizi belə oyundan məhrum etmədi. Əsas burada birlikdə olduğumuzu göstərmək idi." Qarabağ" Türkiyəyə gələcək, biz Bakıya. Burada möhtəşəm atmosfer var idi. Burada olduğum müddətdə tez-tez belə oyunların keçirilməsini istəyəcəm.
- "Qarabağ"ın heyətindən kimi bəyəndiz?
- Bu gün bir neçə futbolçu ön plana çıxdı. "Qarabağ"ı bəyəndim. Yaxşı komandadır və yaxşı baş məşqçiləri var. Oyuna yaxşı hazırlaşmışdılar, sanki avrokubok matçına çıxmışdılar. Biz belə diqqətcil ola bilmədik.
Tehsil-press.az