Ailə dramı: Azərbaycanda anasından alışqan istəyən şəxs həbs edildi

Ailə dramı: Azərbaycanda anasından alışqan istəyən şəxs həbs edildi Göyçayda siqaret çəkmək üçün anasından alışqan istəyən oğul həbs edilib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində baş verib.

Belə ki, 1985-ci ildə Göyçay şəhərində anadan olmuş P.C. içkili halda evə gələrək anasından siqaret çəkmək üçün alışqan istəyib. Anası ona alışqan vermədiyi üçün əsəbiləşərək evdə səs-küy salıb və mübahisə etməyə başlayıb.

Qadın övladının hərəkətlərindən əsəbləşərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib.

P.C. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.C. barəsində 8 gün müddətə inzibati həbs tətbiq olunub.

Tehsil-press.az

Oxşar xəbərlər