"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı canab Prezidentin sərəncamı var. Sərəncamın 5-ci bəndi yaşıl ətraf mühitlə bağlıdır. Yaşıl ətraf mühit əsasən avtomobillərdən asılıdır. Ölkədə avtomobil parkının 85 faizi köhnə, yəni yaşı 10 ildən yuxarı avtomobillərdir. Ona görə avtomobillərin havaya buraxdığı zəhərli qazların azaldılmazı məqsədilə ölkəmizin öhdəlikləri var. Bu öhdəliklərə əsasən 2030-cu ilə kimi ekoloji durumu düzəltməliyik".
Bunu Referans.az-a açıqlamasında “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyində icraçı direktoru Eyyub Əliyev elektromobillərdən danışarkən deyib. O bildirib ki, elektrik avtomobillərinə dövlət tərəfindən xüsusi güzəştlərin tətbiq edilməsi, maşınların gömrük rüsumu və ƏDV-dən azad olunması dövlətin diqqət və qayğısıdır: "Rəsmi dilerlər də avtomobil həvəskarları üçün addımlar atırlar. Öz müştəriləri üçün xüsusi məkanlarda az sayda da olsa pulsuz enerji doldurma məntəqələri qururlar. Bu özü stimuldur. Yaxın bir-iki ildə elektomobillərin inkişaf dinamikası artmaq üzrə gedəcək. Amma, nəzərə alaq ki, avtomobil parkımızı təkcə ekoloji təmiz avtomobillərlə yeniləyə bilmərik. Ənənəvi, daxili yanma mühərriki- benzinlə işləyən avtomobillərlə bağlı yenilikləri də yaddan çıxarmamalıyıq. Onlar üçün də xüsusi güzəştlərin tətbiq olunması yönündə işlər aparmalıyıq ki, ekologiyamız yenilənsin".
Ekspert bildirir ki, 2022-2023-cü ilin statistikasına baxdıqda ölkəyə gətirilən və satılan elektrik avtomobillərin sayında 8-9 dəfə artım olub. Ümid edək ki, 2023-2024-cü illərdə də gözəçarpacaq qədər artım olacaq. Yəqin ki, elektromobillərin gömrük və ƏDV-dən azad olunması 2025-ci ilədək davam edəcək. Bundan sonrakı illərdə isə rəqabətə baxılacaq. Planda Bakı və bölgələrdə COP29 tədbirinədək 344 ədəd enerji doldurma məntəqəsinin quraşdırılması nəzərdə tutulub.
Müsahib deyir ki, hər şeyi dövlətin boynuna atmaq düzgün deyil. Özəl iaşə obyektləri də enerji doldurma məntəqələrinin quraşdırılmasında maraqlı olmalıdırlar. Necə ki, artıq Bakı şəhərində ticarət mərkəzlərində bu var.
Eyyub Əliyev bildirir ki, elekromobillərin çoxalması gələcəkdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olmayacaq: "Çünki benzinə həmişə təlabat var. Əksinə, gələcəkdə bəlkə də benzinin keyfiyyəti daha da yüksəlsin. Qiymətdə artım ola bilər, nəinki enmə".
Tehsil-press.az