Porsche Bakı Mərkəzi ən sürətli elektrik sedanı təqdim etdi - Video

Porsche Bakı Mərkəzi ən sürətli elektrik sedanı təqdim etdi - Video COVID-19 pandemiyası səbəbi ilə Azərbaycanda ilk dəfə olaraq təqdimat mərasimi online keçirildi.
Porsche Bakı Mərkəzi hər kəsin gözlədiyi 2019 cu ildə “İlin avtomobili” mükafatı alan tam elektrik olan yeni Taycan modelini təqdim etdi. Taycan Turbo S modeli azərbaycanda satışda olan ən sürətli sedan avtomobili oldu.
Yeni Taycan modelləri 2 elektrik mühərrik ilə təchiz olunub və ən yüksək komplektasiyada toplam 560 kVt (761 at gücü) və 1050 Nm fırlanma anı hasil edir. Taycan Turbo S 0 dan 100 km/s 2,8 saniyyə təşkil edir. Bu göstəricilər supercar avtomobillərin göstəricilərinə bərabərdir. Avtomobilin alt hissəsində 800 voltluq yüksək performanslı batareya quraşdırılıb. Bu cür konstruksiya sayəsində Porsche injenerləri ağırlıq mərkəzi çox aşağı səviyyədə tuta bildilər. Və bunun üçün avtomobil döngələrdə fenomenal idarə etmə bəxş etdirir.
Porsche standartlarına uyğun olan müvafiq elektrik doldurma məntəqələrinin vasitəsi ilə avtomobilin batareyasının tam dolmasına 23 dəqiqə sərf olunur. Tam dolu batareya ilə avtomobil 400-450 km məsafə qətt edə bilir. Bu cür elektrik doldurma məntəqələri hal hazırda Porsche Bakı Mərkəzinin ərazisində quraşdırılır və çox yaxın zamanda şəhərimizin bir çox nöqtələrində quraşdırılacaq.



Tehsil-press.az

Oxşar xəbərlər