Avqustun 22-si Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) doğum günüdür.
Aygün xanımın əziz xatirəsini onun yaxın dostu, prodüseri Sultan Mustafayevlə yad etdik.
S. Mustafayev Musavat.com-a bildirdi ki, onun Aygün xanım haqda danışmağa çox sözü var: “Bu gün onun ad günüdür. Aygün xanım yanvarın 6-da 48 yaşında vəfat etdi. Aygün Bəyləri 14 ildir tanıyıram. Aygün xanım heç vaxt təntənəli ad günü keçirməzdi. Restoranlarda, bahalı obyektlərdə, bahalı saraylarda ad günü etməyi sevmirdi. Çünki onlar çox kasıb ailədə böyüyüblər. Aygün xanım 13 yaşından qadın toylarında nağara ifa edib. Çox əziyyətli günlərlə bu yerə gəlib çatmışdı. Mən də, yaxşı dostlarımız da Aygün xanıma təklif edirdi ki, bahalı saraylarda doğum günü keçirsin. Amma heç vaxt bunun tərəfdarı olmayıb. Deyirdi ki, nə qədər sadə olsa, o qədər yaxşıdır. O, nəzərə çarpmağı sevməzdi. Açıq deyəcəm, şou-biznesdə belə bir xüsusiyyət var ki, müğənnilər el şənliklərində, dövlət tədbirlərində, məmurların yanında görünməyi sevirlər, bu yolla qabağa getmək istəyirlər. Aygün xanım isə heç vaxt bunların tərəfdarı olmayıb. Arxivə baxdığımızda saysan, 15-20 müsahibəsi olar, ya olmaz. Bu, onun doğulduğu kənd mühitindən irəli gəlir. Böyük, kiçik hörməti bilirdi. Neçə illər bir yerdə işləsək də, özündən böyüyə hörmətsizlik etdiyini görməmişəm. Hansısa bir yasda ondan böyük sənətkar, yaxud sənəti olmayan adam, yaşca böyük bir adam görəndə ayağa qalxardı, hörmət edərdi. O, başqa bir insan idi. Onun tayı-bərabəri yoxdur. Bundan sonra da olmayacaq Azərbaycan musiqisində, mədəniyyətində.
Hazırda İstanbul şəhərində yaşadığıma görə burada bir yaxın dostum ilə ehsan süfrəsi vermişik. Bir vəqfə isə Aygün xanımın adından böyük məbləğdə hədiyyə etmişik. Doğrudur, yaşım az deyil, amma mən Aygün xanımın yanında böyüdüyüm üçün belə şeyləri danışmağı, göstərməyi sevmirəm. O, həmişə mənə deyirdi ki, nəsə edəndə çalış verdiklərini o biri əl görməsin.
Bilirsiniz ki, Aygün xanımın qəbri də hazırdır. Yanvarda ili olacaq. Ona hazırlaşıram. Bacılarına bir təklif irəli sürmüşəm. Aygün xanımın adına, sənətinə layiq bir iş fikirləşirəm. Yeganə adamam ki, Aygün xanım rəhmətə gedəndən sonra efirə çıxmadım, müsahibə vermədim. İstədim ki, həqiqəti olmayan insanlar bir az kənardan danışsınlar, onların fikirlərinə baxım. Gördüm ki, onların fikirlərinin 99 faizi yalandır. Mən gecə-gündüz Aygün xanımın yanında olmuşam, hərtərəfli dəstəkçisi olmuşam, amma ortada o qədər insanlar var ki, mən heç onları görməmişəm. Bir gün bunlara açıqlamalar gətirəcəm. Hər şeyin bir vaxtı var. Mənim Aygün xanım haqqında danışmağa daha çox haqqım var. Baxmayaraq ki, bacıları son 3-4 ayında onun yanında idilər, mənim Aygünə mənəvi dəstəyim hamıdan çox olub”.
“Aygün xanım daha çox hansı hədiyyəni sevərdi?” sualına Sultan Mustafayev belə cavab verdi: “Aygün xanım daha çox papaq xoşlayardı. Mən həmişə Türkiyədən alış-veriş edəndə Aygün xanıma 10-15 papaq alırdım. Bir də bizim Bakıda sevimli dükanımız var idi. Mağazanın adını xatırlamıram, Kukla Teatrı ilə üzbəüz idi. Ad günlərində, boş vaxtlarımızda ora gedib alış-veriş edərdik. Əslində, Aygün xanım alış-veriş həvəskarı deyildi. Mən ona deyirdim ki, ay Aygün, dur ayağa, gedək görək el şənlikləri üçün maraqlı nə geyim var. Aygün xanım daha çox sənətinə bağlı idi. Gündəm sözünü sevmirdi. Həmişə deyərdi ki, sən mənim yerimə müsahibə ver, mən sənə inanıram.
Əməkdar artistin prodüseri qeyd etdi ki, onun Aygün sevərlərə sözü olacaq: “Aygünün ürəyində çox sözlər qaldı. İnsanlara çatdırılmayan sözlər, mesajlar qalıb ki, onları vaxtaşırı Aygün sevərlərlə bölüşəcəm. Aygün xanım rəhmətə gedəndən sonra çox insanlar onun haqqında yalan danışdılar. Mən bununla bağlı böyük bir mətbuat konfransı keçirəcəm. Hamısını yazmışam, qeyd etmişəm, açıqlamalar gətirəcəm. Çünki icazəsiz mahnılar oxundu bizim xəbərimiz olmadan. Aygün xanımın bütün musiqi müəllifləri məndədir. O səlahiyyəti mənə vermişdi.
Mən Aygündən sonra Bakıya gələ bilmirəm. Qəlbim çox pis olur, evində otura bilmirəm, qəbri üstə gedirəm. Dostlarım, ailəm narahat olur. Psixoloji olaraq mənə çox çətindir. Sonuncu dəfə Aygünün 40 mərasimində Bakıda olmuşam. Çox güman ki, ilinə doğru Bakıya gələcəm”.
Tehsil-press.az