"Aygün özü mənim ən gözəl əsərimdir. Mən onun şəxsi və iş həyatında daim yanında olmuşam. Buna çox çalışmışam. Çünki gənc bir qız birdən-birə məşhurlaşdı. Onu hər yerdə tanıyırlar və səhvlər etmək imkanı çoxalır. Həmin zamanlar ayıq birisi onların yanında olmalıdır ki, yalnışdan tutub saxlasın. Bacardığım qədər ona hər şeyi öyrədirdim, qoruyurdum, tövsiyyələr edirdim".
Bu sözləri Əməkdar incəsənət xadimi Cavanşir Quliyev "Düzünə qalsa" proqramında deyib. Bəstəkar Xalq artisti Aygün Kazımova ilə dostluğundan və işbirliyindən danışıb:
"O, valideynlərindən çox erkən yaşda ayrılıb, parta arxasından qalxandan yanında idim. Onu əlimin nəbzində saxlamışdım, bir ehtiyac olan kimi gəlirdim. Heç vaxt Aygünü qışqırıb-bağıran görməmişəm. Görəni də görməmişəm ki, biri bunu desin. Bu onun xasiyyətindən irəli gəlirdi, ifasında da hiss olunur. Ona görə sevilirdi o. Aygünə qarşı inanılmaz sevgi olub, görülməmiş bir şeydir bu. Heç bir müğənnidə olmayıb. Bunun mən canlı şahidi olmuşam. Onu görən ağlayırdı ki, Aygün canlı qarşımdadır. Belə səhnələr görmüşəm mən".
Tehsil-press.az