Oktyabrın 1-dən başlayaraq... - YENİ QAYDA

Oktyabrın 1-dən başlayaraq... - YENİ QAYDA Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Gömrük Məcəlləsinin 258.1.4-cü maddəsinə əsasən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

Məlumata görə, təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 ABŞ dolları ekvivalentində müəyyən edilib. Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.

Tranzit daşımaları zamanı təminat tələb olunan alkoqollu içkilərin və tütün məmulatlarının XİF MN kodları ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

Oktyabrın 1-dən başlayaraq... - YENİ QAYDA


Tehsil-press.az


Oxşar xəbərlər