Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb

Yetkinlik yaşına çatmayanlara siqaret satan mağazalar aşkarlanıb Lənkəranda 3 mağazada yetkinlik yaşına çatmayanlara tütün məmulatları satılması aşkarlanıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir nəticəsində üç mağazada satıcının yetkinlik yaşına çatmayana tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Tehsil-press.az


Oxşar xəbərlər