Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi arasında gömrük məsələləri üzrə birgə komitənin yaradılması haqqında Anlaşma Memorandumunu təsdiq edib.
Təhsil-press.az-ın məlumatına görə, memorandum 2015-ci il yanvarın 15-də Ankarada imzalanıb.
Birgə komitə tərəflər arasında gömrük işi sahəsində, o cümlədən gömrük nəzarətinin səmərəliliyini artırmaq və tərəflər arasında mallar və nəqliyyat vasitələrinə dair məlumatları ötürməklə gömrük prosedurlarını asanlaşdırmaq üçün layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı əlaqələndirəcək, əməkdaşlığın əsas sahələrini və istiqamətlərini müəyyən edəcək.
Komitənin iclasları növbə ilə Türkiyə və Azərbaycanda ildə bir dəfə keçiriləcək.
Təhsil-press.az