“U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi müəyyənləşib

“U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi müəyyənləşib “Təhsil” Respublika İdman Məktəbi İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası “U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi olub.
Final mərhələsinin 1-ci və 2-ci yerlər uğrunda qarşılaşmasında “Təhsil” RİM İOEUG Futbol Məktəbinin qızlardan ibarət U-13 komandası İsmayıllının “Babadağ” komandası ilə görüşüb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında Futbol Məktəbinin komandası (3:2) hesabı ilə qələbə qazanaraq, Azərbaycan çempionu adına layiq görülüb. “U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nda ümumilikdə 46 komanda iştirak edib.

“U-13 Qızlar Liqası Azərbaycan Çempionatı”nın qalibi müəyyənləşib

tehsil-press.az

Oxşar xəbərlər