Təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində orta məktəblərdə dərs pozulur.
Cəhbə bölgələrinin Təhsil şöbələri şagirdlərə buraxılış imtahanlarında güzəşt edilməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət ediblər. Bu barədə ANS PRESS-ə Təhsil şöbələrinin müdirləri özləri açıqlama veriblər. Tərtər rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev deyir ki, rayonun 3 kəndinin məktəbi Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yararsız hala düşüb. Bunlar Qapanlı kənd orta məktəbi, 1 saylı Şıxarx qəsəbə orta məktəbi və 2 saylı Şıxarx qəsəbə orta məktəbləridir.
“Ötən gün Təhsil Nazirliyi zəng vurub dağıdılmış məktəblərdə təhsil alan şagirdlərin siyahısını istədi. Onlar dedilər ki, həmin şagirdlərə buraxılış imtahanlarında güzəşt olacaq. Çox güman ki, onlar imtahanlardan azad olunacaqlar və onlara müvafiq qiymət yazılacaq”, - deyə şöbə müdiri bildirdi.
Ağdam rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanova bildirdi ki, rayonun Sarıcalı kənd orta məktəbi təmas xəttində aprelin 2-dən 5-dək davam edən gərginliklə bağlı dağılsa da tezliklə bərpa olunub. Müdirin sözlərinə görə, cəbhədə ermənilərin kəndləri atəşə tutması nəticəsində ötən gün daha bir məktəb dağılıb və şagirdlər dərsə gəlmirlər.
“Bu gün də təkcə həmin məktəbdə deyil, bölgəyanı bütün məktəblərdə dərs pozulub və heç bir şagird dərsə gəlməyib. Bununla bağlı mən şəxsən Təhsil Nazirliyinə gedib iddia qaldırmışam. Nazirlik də, sağ olsun, kollegiya iclası keçirib. Ümid edirik ki, məlum səbəbə görə dərsə gələ bilməyən şagirdlərə güzəştlər olunacaq”, - deyə Mətanət Misirxanova qeyd etdi.
Digər cəbhəyanı bölgələrdə yerləşən məktəblərlə bağlı da məlumatlar toplaya bildik. Füzuli rayon təhsil şöbəsinin müdiri Ramella Məmmədova və Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədov onların ərazilərində heç bir məktəbdə dağıntının olmadığını dedilər. Şöbə müdirləri onu da əlavə etdilər ki, həmin rayonların məktəbində davamiyyət də normaldır.
Təhsil Nazirliyinin nümayəndəsi Tehsil-press.az-a açıqlamasında aprelin 27-dən 28-nə keçən gecə Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrinin Ermənistan ordusu tərəfindən ağır artilleriyadan atəşə tutulması nəticəsində bir sıra təhsil müəssisələrinə də ciddi zərər dəyməsini və nəticədə cəbhə xəttində yerləşən ümumi təhsil müəssisələrində tədris prosesinin pozulduğunu təstiq edib. Lakin nazirlik onlardan asılı olmayan səbəblərə görə təhsil prosesindən kənarda qalan şagirdlərin aqibətini şərhj etməkdən imtina etdi.
Aprelin 25-dən 26-na keçən gecə təmas xəttində vəziyyət yenidən gərginləşib. Artıq 3 gündür ki, Ermənistan silahlı birləşmələri cəbhəyanı kəndləri artilleriya silahlarından atəşə tuturlar. Nəticədə Tərtər rayonunda 57, Ağdamda isə 58-dən çox ev dağılıb. Bundan başqa, hər iki rayonda ümumilikdə 6 məktəb, 2 bağça və 2 elektrik təsərrüfatı da sıradan çıxıb.
Cəbhə xəttində son zamanlar baş verən hadisələrlə bağlı, valideynlərin narahat olması və uşaqlarını dərsə buraxmaması anlaşılandır. Bir sıra məktəblərin dağılması isə ümumiyyətlə orada dərslərin keçirilməsini mümkünsüz edir.
Qarşıdan isə buraxılış imtahanları gəlir və bütün şagirdlər bu imtahanlarda iştirak etməlidirlər. İndi məktəbə gedə bilməyən şagirdlərin imtahanlardan necə keçəcəyi özləri ilə yanaşı, Təhsil Nazirliyindən də asılıdır. Cəbhə bölgəsində yerləşən məktəblərdə təhsil alan şagirdlərin biliklərinin obyektiv qiymətlənfirilməsi və imtahan nəticələrinin özlərindən asılı olmayan səbəblərə görə aşağı olmaması üçün təhsil nazirliyi bir sıra addımlar ata bilər. Məsələn, həmin şagirdlər təhsilini davam etdirmək üçün yaxınlıqdakı məktəblərə göndərilə bilər, imtahana qədər qavraya bilmədikləri proqramı öyrənmək üçün onlara xüsusi müəllimlər ayrıla bilər və ya bu şagirdlərə imtahanda yalnız aprel ayına kimi keçilən proqram üzrə suallar təqdim olunmalıdır.
Nazirlikdən şagirdlərə güzəşt olunmayacağı təqdirdə onlar imtahanda aşağı nəticə göstərə bilərlər. Hər gün atəş səsi altında dərs keçməklə onsuz da zərbə alan şagirdlər üçün bu, ikinci zərbə ola bilər.
tehsil-press.az