Aprelin 28-də Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə Abşeron rayonu Xırdalan şəhər 2 və 3 nömrəli tam orta məktəblərdə “Gənclərin çağırışaqədərki hazırlığı” fənni üzrə nümunə dərsləri tədris olunub.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev, ehtiyatda olan zabitlər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Abşeron rayonu və Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrinin rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
“Hərb tariximiz. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı” mövzusunda birinci dərs Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib. Dərsdə Azərbaycanın tarixi torpaqlarından, sərhədlərimizdən, Silahlı Qüvvələrimizin yaranması, ordumuzun keçdiyi şanlı yol və hazırkı inkişafından danışılıb, eləcə də Silahlı Qüvvələrin strukturu, qoşun növləri və silahlı birləşmələri haqqında məlumat verilib, Azərbaycan tarixinə həsr edilmiş videoçarxlar nümayiş olunub.
Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən dərs isə “Mühəndis maneələri” mövzusuna həsr olunub. Dərsdə mühəndis maneələrinin döyüşdə rolu, partlamayan, partlayan və kombinə mühəndis maneələri, tank və piyada əleyhinə minalar, minaların qurulması və maskalanması ilə bağlı məlumat verilib. Şagirdlərə manqanın mövqeyinin mühəndis təminatı, onun əhəmiyyəti, manqa üçün səngər və onun elementləri, daldalanacaq, döyüş texnikaları üçün səngər, mina partlayış maneələri, tank və piyada əleyhinə mina sahələri izah olunub, mövzu ilə bağlı suallar cavablandırılıb.
Tədbirin ikinci hissəsində “Gənclərin çağırışaqədərki hazırlığı” fənninə həsr olunmuş “Dəyirmi masa” təşkil edilib. Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bildirib ki, orta məktəblərdə tədris olunan bu dərslərdə şagirdlər təkcə silahlardan istifadə qaydalarını öyrənməməli, eyni zamanda vətənə bağlılığını artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə götürməlidir. O, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsinin dərslərin keyfiyyətinin artırılmasına zəmin yaratdığını qeyd edib.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
tehsil-press.az